Gənc qız 4-cü mərtəbədən yıxıldı

Gənc qız 4-cü mərtəbədən yıxıldı


Mingəçevir şəhərində 21 yaşlı qadın binanın dördüncü mərtəbəsindən yıxılıb.
ONN media "Report"a istinadən xəbər verir ki, şəhər sakini, 1998-ci il təvəllüdlü Rahilə Bəhram qızı Cəbrayılova şəhərin Nizami küçəsi, 6A ünvanında yaşadığı binanın 4-cü mərtəbəsindən pəncərələri təmizləyərkən yıxılıb. Ağır vəziyyətdə olan yaralı xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır.
Geri qayıt