Bakıda oteldə yanğın olub, insanlar təxliyə edilib

Bakıda oteldə yanğın olub, insanlar təxliyə edilib


ONN media Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, şəhərin Nərimanov rayonunda "Golden Shine" otelinin yerləşdiyi beşmərtəbəli binanın zirzəmisində qazanxananın ətrafında 5 p.m elektrik kabeli yanıb.

Qatı tüstü olduğundan oteldə olan vətəndaşlar yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə edilib. İlkin məlumata görə, yanğın zamanı xəsarət alan olmayıb. Yanğın saat 22:36-da yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri qayıt