Qubada yanğın baş verib

Qubada yanğın qeydə alınıb. ONN media Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Quba rayonunda ikimərtəbəli binanın 2-ci mərtəbəsində ümumi sahəsi 200 m² olan dülgər sexinin tavanı və içərisindəki 4 ədəd dəzgahın taxta üzlüyü yanıb. Sexin, binanın qalan hissəsi və 1 ədəd dəzgah yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.