Azərbaycanda atanın ehtiyatsızlığı 5 yaşlı oğlunun ölümünə səbəb oldu

Xaçmazda dəhşətli hadisə baş verib. ONN media xəbər verir ki, raynunun Barlı kəndində 2014-cü il təvəllüdlü Vəliyev Rəvan Bəhərçin oğlu atasının sürdüyü “Qazel”markalı avtomobilin altında qalaraq dünyasını dəyişib. Belə ki, uşağın atası Bəhərçin Vəliyev “Qazel”markalı maşını həyətdən çıxararkən 5 yaşlı oğlunun orada oynadığını görməyib və onun üstündən keçib. Uşaq xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. Hadisə yerinə Xaçmaz rayon Prokurorluğunun əməkdaşları gəlib. Faktla bağlı araşdırma aparılır.