2018-ci ilin ən yaxşı 5 avtomobili məlum oldu - SİYAHI

“CarsWeek.ru” nəşrinin ekspertləri beş müxtəlif nominasiyada 2018-ci ilin beş ən yaxşı avtomobilini müəyyən ediblər. ONN media xəbər verir ki, ən etibarlı avtomobil rütbəsisinə yeddinci nəsil “Toyota Camry” layiq görülüb. Ekspretlər “Volvo XC90”-nı ən təhlükəsiz maşını hesab ediblər. Ən rahat maşın “Mercedes Maybach S600”-ın yeni nəsli hesab edilib. Ən sürətli avtomobil “Bugatti Chiron” olub. Onun maksimal surəti 420 km/saat təşkil edir. Ən yaxşı elektrokarla 2018-ci ildə “Tesla Model S” modeli daha bir nominasiyada qalib seçilib.(publika.az)