Sabirabadda 3 otaqlı evdə YANĞIN

Sabirabadda 3 otaqlı evdə YANĞIN


Sabirabadda yanğın qeydə alınıb.
ONN media Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Sabirabad rayonunun Qalağayın kəndində ümumi sahəsi 160 m² olan birmərtəbəli 3 otaqlı evin 1 otağının döşəməsi 3 m² sahədə və içərisində 1 ədəd divan yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Geri qayıt