Qırıcı təyyarə qəzaya uğradı - Pilotçu...

Mərakeşdə qırıcı təyyarə qəzaya düşüb. ONN media xəbər verir ki, bu haqda ölkə Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. Hadisə ölkənin şimal bölgəsində təlim uçuşu zamanı qeydə alınıb. Belə ki, “Mirage F1” tipli qırıcı təyyarə texniki nasazlıq səbəbindən qəzaya uğrayıb. Hadisə zamanı zərərçəkən olmayıb, pilotçu vaxtında katapulta edə bilib.