Prezident sarayı yaxınlığında QARƏT

Prezident sarayı yaxınlığında QARƏT

Fransanın paytaxtı Parisdə prezident sarayının yaxınlığında bank qarət olunub. ONN media xəbər verir ki, günorta saatlarında dörd silahlı şəxs banka daxil olub, əməkdaşların əl-qolunu bağlayaraq seyfləri boşaltmağa başlayıb. 30 seyfi boşaltdıqdan sonra soyğunçular hadisə yerindən uzaqlaşıb. Qarət olunan məbləğ açıqlanmır. Bankın əməkdaşları 3 saata yaxın bağlı qaldıqdan sonra, polis tərəfindən azad edilib.(Trend)

Geri qayıt