Ölkənin adı dəyişə bilər?- Təklif

Ölkənin adı dəyişə bilər?- Təklif


ONN media xəbər verir ki, Qazaxıstan parlamentinin deputatı, "Ak Jol" fraksiyasının rəhbəri Azad Peruaşev ölkənin adının dəyişdirilməsini təklif edib.

Jurnalistlərə açıqlama verən Peruaşev ölkənin Qazax Respublikası adlandırılmasını istəyib. O, təklifi artıq hökumətə də göndərdiyini deyib.

Peruaşevin təklifini onun fraksiyasının bütün üzvləri dəstəkləyiblər.

Deputat respublikanın onu yaradan xalqın adına adlandırılmasının önəmli olduğunu deyib.

Peruaşev bununla tarixi ədalətin bərpa ediləcəyini bildirib. Axar.az

Geri qayıt