Minik və yük maşınları toqquşub - Yaralılar var

Minik və yük maşınları toqquşub - Yaralılar var

Ağdaş rayonunda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. ONN media xəbər verir ki, 1967-ci il təvəllüdlü Lənkaran rayon sakini Cavadov Elçin Sabir oğlunun idarə etdiyi "Mercedes" markalı avtomobil Ağdaş rayonunun Ləki kəndi ərazisində yük maşını ilə toqquşub. Nəticədə sürücü və onun 1975-ci il təvəllüdlü sərnişini Ellada Cavadovamüxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya aparılıb. Onların vəziyyətinin qənaətbəxş olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır. Daha əvvəl Gəncə şəhərində 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.(Report)

Geri qayıt