Gömrükdə külli miqdarda siqaret aşkarlandı

Gömrükdə külli miqdarda siqaret aşkarlandı


Dövlət Gömrük Komitəsinin (DGK) Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü" gömrük postunda Gürcüstandan piyada gələn Azərbaycan vətəndaşının çantasına rentgen qurğusunda gömrük baxışı keçirilib.

DGK-dan ONN media-ya verilən məlumata görə, baxış zamanı, çantada gömrük nəzarətinə bəyan edilməyən cəmi 4380 ədəd müxtəlif markalı siqaretlər aşkar edilib.

Geri qayıt