Yolu keçmək istəyən piyadanı maşın vurdu

Səbail rayonunda yolu keçmək istəyən piyadanı maşın vurub.
ONN media xəbər verir ki, hadisə Səbail rayonunun Salyan yolu küçəsində baş verib. Bakı şəhər sakini E.Məmmədzadə idarə etdiyi “BMW” markalı avtomobillə yolu keçmək istəyən paytaxt sakini G.Ostraxankini vurub.
Yaralı aldığı ağır bədən xəsarətlərdən elə hadisə yerindəcə dünyasını dəyişib.
Faktla bağlı Səbail RPİ tərəfindən araşdırma aparılır.(Ölkə.az)