Azərbaycan - Türkiyəyə marşurut avtobusunda yanğın

Azərbaycan - Türkiyəyə marşurut avtobusunda yanğın


Gürcüstanın Rustavi şəhəri yaxınlığında Azərbaycandan Türkiyəyə gedən sərnişin avtobusunda yanğın baş verib.

ONN media xarici mediyaya istinadən xəbər verir ki, Avtobusda olan 50-yə yaxın sərnişin avtobusu vaxtında tərk edə bilib. Yanğın nəticəsində xəsarət alanların olmadığı bildirilir.

Hadisə yerinə cəlb olunmuş yanğınsöndürmə briqadası yanğını söndürüb. Yanğının hansı səbəbdən baş verməsi məlum deyil.

Geri qayıt