Bakı metrosunda intihar hadisəsi baş verib

Bakı metrosunda intihar hadisəsi baş verib


Bakıda metrosunda intihar hadisəsi baş verib

APA-nın xəbərinə görə, hadisə 22:15 radələrində qeydə alınıb.

Belə ki, 20-25 yaşlarında kişi özünü qatarın altına atıb. Onun üzərində şəxsiyyətini  təsdiq edən sənəd olmayıb

"Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev APA-ya açıqlamasında bildirib ki, hadisə ilə əlaqədar qatarın  "Ulduz" stansiyasından “Həzi Aslanov” stansiyasına hərəkətində 20 dəqiqəlik fasilə yaranıb. 

Hazırda meyit çıxarılıb və qatarların hərəkətləri bərpa olub.

Geri qayıt