Ronaldo şou göstərdi - qol sevinci olay oldu (VİDEO)

"Yuventus" UEFA Çempionlar Liqası çərçivəsində "Atletiko Madrid" klubu ilə qarşılaşıb.
ONN media xəbər verir ki, səfərdə 2-0 hesabı ilə məğlub olan "Qoca sinyora" evində daha inamlı oynayıb.
İlk dəqiqələrdən təşəbbüsü ələ alan "Yuventus" turu keçmək üçün lazım olan qolları vurub. Dörddəbir finala adını yazıdıran "Yuventus"da Ronaldo vurduğu 3 qolla matçın ulduzu oldu.