Salyanda yaşayış evi yandı - FHN

Salyan rayonunda 5 otaqlı evdə yanğın olub.
Fövqəladə Hallar Nazirliyindən ONN media-ya verilən məlumata görə, rayonun Seyidsadıqlı kəndində ümumi sahəsi 117 kv.m olan birmərtəbəli 5 otaqlı evin 1 otağının yanar konstruksiyaları 24 kv.m sahədə yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb.