FHN azyaşlını xilas etdi

FHN azyaşlını xilas etdi


Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Sumqayıt şəhərində 1 nəfər azyaşlı mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmışdır.

ONN media FHN-in saytına istinadən xəbər verir ki, Sumqayıt Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri mənzilin qapısını açmış və yatmış vəziyyətdə olan uşağı aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat başa çatmışdır.

Geri qayıt