Gəncə avtoğazalında ölüm HADİSƏSİ

Gəncə sakini avtovağzalda yıxılaraq ölüb. ONN media xəbər verir ki, şəhər sakini 1956-cı il təvəllüdlü Hüseynov Ramiz Nizami oğlu avtovağzalda yıxılıb. Ona ilkin tibbi yardım göstərilib və xəstəxanaya aparılarkən yolda keçinib.
Faktla bağlı araşdırma aparılır.