Ramazanın 5-ci gününün duası - İmsak və iftar vaxtı

Ramazanın 5-ci gününün duası - İmsak və iftar vaxtı

Sabah Ramazan ayının beşinci günüdür. ONN media xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, mayın 10-da Bakıda imsak saat 03:51, iftar isə saat 20:00-dadır. Ramazan ayının 5-ci gününün duası: "Allahumməc-əlni fihi minəl-müstəğfirin. Vəc-əlni fihi min ibadikəs-salihinəl-qanitin. Vəc-əlni fihi min övliyaikəl-müqərrəbin. Birə-fətikə ya ərhəmər-rahimin". Tərcüməsi: "İlahi, bu ayda məni günahlarının bağışlanmasını istəyənlərdən qərar ver, Öz saleh və itaətkar bəndələrindən, Özünə yaxınlaşdırdığın dostlarından et, mehribanlığın xatirinə, ey mərhəmətlilərin Mərhəmətlisi!" Allah orucunuzu qəbul etsin!

Geri qayıt