Cəmi bir viski oğurladı - Qiyməti 680 manat

Bakıda tanınmış supermarektdən bahalı içki oğurlanıb.
ONN media qafqazinfoya istinadən xəbər verir ki, hadisə “Tarqovı”da yerləşən “Kontinental Supermarket”də baş verib. Mağazanın müdiri Rza Rzayev polisə müraciət edərək bildirib ki, yanvarın 15-də saat 18 radələrində mağazadan dəyəri 680 manat olan bir ədə viski içkisi oğurlanıb. Naməlum şəxsin içkini oğurladığı anlar müşahidə kamerasına düşüb.
Araşdırma aparılır.