Zelenskidən FƏRMAN - Ukrayna parlamenti buraxıldı

Ukrayna Ali Radası (parlament) buraxılıb. ONN media xəbər verir ki, prezident Vladimir Zelenski bununla bağlı fərman imzalayıb. Ali Radaya növbədənkənar seçkilər iyulun 21-nə təyin edilib. Bununla yanaşı, dövlət başçısı Ali Radanın sədri Andrey Parubiyə mayın 22-də növbədənkənar iclas keçimək barədə tələbnamə göndərib. Həmin iclasda deputat seçkiləri barədə qanuna dəyişikliklər müzakirə olunacaq.