UEFA hansı məsələləri müzakirə edəcək? - Bakıda BİR İLK

UEFA hansı məsələləri müzakirə edəcək? - Bakıda BİR İLK

Mayın 29-da Bakıda UEFA İcraiyyə Komitəsinin iclası keçiriləcək. ONN media -ya AFFA-dan verilən məlumata görə, iclasın gündəliyi aşağıdakı kimidir: 1. 2021-ci ildə UEFA Qadınlararası Çempionlar Liqasının ev sahibinin müyyənləşdirilməsi 2. Müxtəlif yarışların və texniki qaydaların təsdiqi 3. Futzal üzrə UEFA Avropa Çempionatı 2020-22 4. 2019/20 UEFA Avropa U-17 və U-19 çempionatları 5. 2019/20 UEFA Avropa Qadınlararası U-17 və U-19 çempionatları 6. UEFA İntizam qaydaları (2019 buraxılışı) 7. UEFA Təhlükəsizlik qaydaları (2019 buraxılışı) 8. UEFA Klubların maliyyə nəzarəti orqanının prosedur qaydaları (2019 buraxılışı) 9. Turnirlərin əsasnamələri – Oyun qaydalarına adaptasiya 10. UEFA Avropa Gənclər çempionatlarının formatı 11. Reynhart Qrindelin UEFA vitse-prezidenti və FIFA İcraiyyə Komitəsi üzvlüyündən azad olunması 12. UEFA Grassroots mükafatı 2019 Xatırladaq ki, tarixdə ilk dəfə UEFA İcraiyyə Komitəsinin iclası Bakıda təşkil olunacaq.

Geri qayıt