"Hər şey yaxşı səviyyədə təşkil edilib" - Aleksandr Çeferin

Bakıda UEFA İcraiyyə Komitəsinin iclası keçirilib. İclasdan sonra qitə futbol qurumunun rəhbəri Aleksandr Çeferin jurnalistlərin suallarını cavablandırıb: - Bu gün keçiriləcək finala Bakı tamamilə hazırdırmı? - Əlbəttə. İndiki vəziyyətə uyğun olaraq Bakı tamamilə hazırdır. Hər şey yaxşı səviyyədə təşkil edilib. - Dünən Bakıda Henrik Mxitaryan formasında azarkeş saxlanılıb. - Mən ancaq konfransdan sonra xəbər tutmuşam. Bitdikdən sonra ətraflı məlumat veriləcək. - Londondan Bakıya məsafə uzaqdır. Düşünmürsüz ki, bu azarkeşlər üçün problemdir? - Məsafə ilə götürsən Bakıdan Dublinə də uzaqdır. Futbolun xəritəsini genişləndirmək lazımdır. Mən belə şeylərə qarşıyam. Futbol üçün məsafə olmamalıdır. - Ermənistan mətbuatı yazır ki, Mxitaryan Azərbaycanın üzərinə diplomatik hücum elədi. Estafeti erməni deputatlarına ötürüb. Siz bu barədə dəqiq nə deyə bilərsiz? - Bu məsələni şərh etmək istəmirəm. Erməni mətbuatının nə yazdığı məni maraqlandırmır. Azərbaycan dövləti bütün təminatları verdi. Mxitaryanın şəxsi qərarı idi bura gəlməmək. Heç bir problem görünmürdü (Qafqazinfo)