UEFA-dan daha bir yenilik - Bu liqada VAR tətbiq olunacaq

Artıq UEFA Millətlər Liqasında da videotəkrar (VAR) sistemindən istifadə olunacaq. ONN media xəbər verir ki, bu barədə UEFA rəsmi informasiya yayıb. Məlumata görə, sistemin ilk sınağı iyunun 5-də start götürəcək final mərhələsində baş tutacaq. Qeyd edək ki, UEFA Millətlər Liqasının finalında Portuqaliya millisi İsveçrə, Hollandiya millisi isə İngiltərə ilə qarşılaşacaq. Final mərhələsi 5-6 iyun tarixlərində baş tutacaq.