ONN İnformasiya Agentliyi

Qəbələ sakini meşədə itkin düşdü

Qəbələ sakini meşədə itkin düşdü
03 Dekabr 2022 - 12:19

Qəbələdə 1 nəfər dağlıq-meşəlik ərazidə itkin düşüb.

Bu barədə ONN media-ya Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

FHN-in “112” qaynar telefon xəttinə noyabrın 30-da Qəbələ rayonunda dağlıq-meşəlik ərazidə naməlum şəraitdə itkin düşmüş 1 nəfərin axtarışlarının aparılması üçün müraciət daxil olub. Müraciətlə əlaqədar FHN-nin Şimal-qərb Regional Mərkəzinin xilasetmə qüvvələri axtarışlara cəlb olunub, aidiyyəti dövlət qurumları məlumatlandırılıb.

“Report”un əldə etdiyi məlumata görə, həmin şəxs Qəbələ rayon sakini, 1973-cü il təvəllüdlü Həmidov Səyavuş İbrahimxəlil oğludur.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov “Report”un sorğusuna cavab olaraq bildirib ki, həmin şəxsin itkin düşməsi ilə bağlı Qəbələ Rayon Polis Şöbəsinə məlumat daxil olub: “Hazırda onun tapılması istiqamətində axtarış tədbirləri keçirilir”.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png