ONN İnformasiya Agentliyi

Qanunsuz ov edən ərəblər saxlanıldı

Qanunsuz ov edən ərəblər saxlanıldı
29 Yanvar 2018 - 15:45

Yanvarın 28-də Mahmudçala Ovçuluq Təsərrüfatının ərazisində keçirilən reyd zamanı qanunsuz ovla məşğul olan Səudiyyə Ərəbistanı vətəndaşlarını saxlanılıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən ONN media-ya verilən məlumata görə, Alsedais Abdullah İbrahim, Aljumah Fahad Abdullah və Almarzooq Abdulaziz Marzouq adlı şəxslər saxlanılaraq onlardan 3 ov silahı və 6 patron maddi sübut kimi götürülüb.

Qanunvericiliyin tələblərinə uyğun olaraq sənədləşmə aparılıb və qanun pozucularının hər biri 2000 manat olmaqla, ümumilikdə 6000 manat məbləğində cərimə edilib.

Qanunsuz ov edən Səudiyyə Ərəbistanı vətəndaşlarının ölkə ərazisindən məcburi qaydada çıxarılması ilə əlaqədar Dövlət Miqrasiya Xidmətinə müraciət olunacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən qanunsuz ov hallarının qarşısının alınması istiqamətində işlər davam etdirilir.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png