ONN İnformasiya Agentliyi

Qarabağda erməni hərbçi həbs edildi

Qarabağda erməni hərbçi həbs edildi
07 Noyabr 2019 - 21:43

Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ ərazisində Ermənistan ordusunun 19 yaşlı hərbi qulluqçusu Erik Arutyunyanın ölümü ilə bağlı bir nəfər saxlanılıb.

ONN media xəbər verir ki, Ermənistan İstintaq Komitəsinin məlumatına görə, saxlanılan şəxs sıravi K.A-dır.

Qeyd edək ki, noyabrın 4-də, saat 19:30 radələrində Qarabağdakı erməni hərbi hissəsində əsgər Erik Arutyunyan çənə nahiyəsindən güllə yarası alıb. O, xəstəxanaya aparılarkən yolda ölüb.

Hadisə ilə bağlı Ermənistan Cinayət Məcəlləsinin “intihar həddinə çatdırma” maddəsi ilə cinayət işi başlayıb.

İlkin istintaq davam edir.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png