Qatarların arasında qalıb öldü – Biləcəridə faciə – YENİLƏNİB

Bu gün səhər saatlarında Biləcəri stansiyasında post növbətçisi 27 yaşlı Əli Möhübbəli oğlu Məmmədzadə növbədə olarkən iş başında xəsarət alıb.
ONN media xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-nin açıqlamasında bildirilir.
Məlumatda deyilir ki, hadisə yerinə Təcili Tibbi Yardım çağrılıb. Ə.Məmmədzadə dərhal 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Hadisənin baş vermə səbəbləri araşdırılır.

***

Bu gün Bakı şəhəri, Binəqədi rayonu Biləcəri qəsəbəsində yerləşən vaqon deposunda bədbəxt hadisə baş verib.

27 yaşlı Məmmədzadə Əli Niftəli oğlu iş zamanı depoda iki qatarın arasında sıxılmış vəziyyətdə qalıb.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.