ONN İnformasiya Agentliyi

Qaxda AĞIR QƏZA – 7 avtomobil toqquşdu: 1 nəfər…

Qaxda AĞIR QƏZA – 7 avtomobil toqquşdu: 1 nəfər…
14 Oktyabr 2019 - 21:13

Qax rayonunda zəncirvari yol qəzası baş verib.

ONN media xəbər verir ki, hadisə bu gün axşam saatlarında Qax-Zaqatala avtomobil yolunun rayonun Süskənd kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, 5 minik avtomobili və 2 yük maşını toqquşub. Qəza zamanı yük avtomobillərindən birinin sürücüsü, 31 yaşlı Ceyhun Xanəli oğlu Zeynalov xəsarət alıb. Yaralı xilasedicilər tərəfindən avtomobildən çıxarılaraq Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır (Report).

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png