ONN İnformasiya Agentliyi

Qaxda avtomobil dərəyə yuvarlandı

Qaxda avtomobil dərəyə yuvarlandı
30 Avqust 2019 - 22:14

Axşam saatlarında Qax-İlisu avtomobil yolunun Qaxın İlisu kəndi ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.

ONN media xəbər verir ki, 26 yaşlı yerli sakin Məmmədov Rafiq Süleyman oğlunun sükanı arxasında olduğu “10-TT-413” dövlət qeydiyyat nişanlı “VAZ-2106” markalı avtomobil idarəetmədən çıxaraq, Kürmük çayının sol sahilinə, təqribən 20 metr dərinliyə yuvarlanıb.

Deformasiyaya uğramış avtomobildən çıxarılan R.Məmmədov Qax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Yaralıya alın nahiyəsinin kəsilmiş və cırılmış yaraları diaqnozu qoyulub, vəziyyəti orta-stabildir.

Faktla bağlı araşdırma aparılır.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png