ONN İnformasiya Agentliyi

Qaxda meşə yanır

Qaxda meşə yanır
19 Noyabr 2017 - 9:04
Qax rayonunun dağlıq zonada yerləşən meşəlik ərazisində yanğın baş verib.
ONN media xəbər verir ki, yanğın ötən gün axşam saatlarından etibarən rayonun İlisu kəndi yaxınlığında, Qax Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin ərazisində qeydə alınıb.
Havanın qaranlıq, ərazinin isə dağlıq olması ilə əlaqədar yanğının söndürülməsi işləri səhərə qədər təxirə salınıb. Hazırda yanğın davam edir. Qax Yanğından Mühafizə Hissəsi və müşahidə qrupu yanğının söndürülməsi üçün səhər saatlarında dağlıq əraziyə yollanacaq.
Ərazidə otlaq sahəsinin, kol-kosun və yaxud ağacların yanması ilə bağlı dəqiq məlumat yoxdur. (report)
ONN İnformasiya Agentliyi
image_printÇap Et

OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png