Qaxda üçmərtəbəli ev yandı

Qaxın Qaxbaş kəndində yanğın olub.

ONN media Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, hər mərtəbəsi 180 kv.m olan üçmərtəbəli 10 otaqlı evdə ev əşyaları 95 kv.m sahədə yanıb.

Evin qalan hissəsi və bitişik tikili yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.