Qazax sakini dəm qazından zəhərlənib

Qazaxda dəm qazından zəhərlənmə olub.

ONN media apa-ya istinadən məlumat verir ki, rayonun Çaylı kənd sakini, orta yaşlı Axundov Əli Abdulla oğlu yaşadığı evdə yatan zaman dəm qazından zəhərlənib. O, dərhal xəstəxanaya yerləşdirilib. Tibbi yardım göstərilən zərərçəkmişin vəziyyətinin orta-ağır olduğu bildirilir.