Qazaxda BƏDBƏXT HADİSƏ: Ana və azyaşlı…

Qazaxda ana və azyaşlı övladı ehtiyatsızlıq nəticəsində yanıq xəsarətləri alıblar. 

ONN media xəbər verir ki, Qazax şəhər sakini, 1992-ci il təvəllüdlü Məlahət Kərimova və onun iki yaş yarımlıq qızı yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Onlara tibbi yardım göstərilib.

Ehtiyatsızlıq nəticəsində ana və övladının üzərinə qaynar su tökülüb.