Qazaxda qəza: xəsarət alanlar var

Qazax rayonunda yol qəzası baş verib.

ONN media xəbər verir ki, hadisə Qazax şəhərində qeydə alınıb.

Yüksək sürətlə hərəkətdə olan "VAZ-2107" markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı maneəyə çırpılıb. Nəticədə sürücü və sərnişini xəsarət alıb, avtomobilə isə ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır. (report)