Qızıl mədənində təhlükə

Cənubi Afrika Respublikasının Velkom şəhərindəki qızıl mədənində təhlükə ilə üzləşən 1000-ə qədər fəhlənin təxliyə prosesi başa çatıb.

ONN medianın məlumatına görə,elektrik naqillərinin qırılması nəticəsində mədəndə liftlər və havalandırma sistemi işləməyib. Nəticədə mədənçilər 30 saatdan çox yerin 1 km metr dərinliyində köməksiz vəziyyətdə qalıb.

Lakin təhlükəsiz əməkdaşlarının və xüsusi qrupların səyi nəticəsində onlar xilas edilib. Fəhlələrin əksəriyyətində yüksək təzyiq və su çatışmazlığı aşkarlansa da, onların həyatı üçün təhlükə yoxdur.