ONN İnformasiya Agentliyi

Qobustanda FACİƏ: Ana 3 azyaşlı övladı ilə…

Qobustanda FACİƏ:  Ana 3 azyaşlı övladı ilə…
13 Yanvar 2020 - 18:38

Qobustan rayonunda bir ailə dəm qazından zəhərlənib.

ONN media bildirir ki, hadisə Qobustan şəhəri, M.Ə.Sabir küçəsi, ev 16-da baş verib.

Həmin evdə yaşayan, 1990-cı il təvəllüdlü Rəna Aslanova, övladları-2009-cu il təvəllüdlü Suvra Muradova, 2010-cu il təvəllüdlü Elçin Muradov və 2012-ci il təvəllüdlü Silarə Muradova yaşadıqları evin həyətindəki hamamda çimərkən dəm qazından zəhərləniblər. Ailə təcili Qobustan rayon Mərkəzi Xəstəxanasına çatdırılaraq tibbi yardım göstərilib. Hazırda ailə üzvlərinin vəziyyəti normal qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png