ONN İnformasiya Agentliyi

Quba və Neftçalada fərdi ev YANDI

Quba və Neftçalada fərdi ev YANDI
11 Avqust 2020 - 17:11

Neftçala rayonunun Aşağı Qaramanlı kəndində ümumi sahəsi 80 m² olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları yanıb.

Fövqəladə Hallar Nazirliyindən ONN media -ya  verilən məlumata görə, yaxınlıqdakı evlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Daha bir yanğın hadisəsi isə Qubada olub.

Rayonunun Rustov kəndində ümumi sahəsi 70 m² olan birmərtəbəli 3 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları, bitişik ümumi sahəsi 40 m² olan talvarın lambirindən ibarət tavanı yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png