ONN İnformasiya Agentliyi

Qubada itkin düşən alpinistlərdən biri polis əməkdaşıdır

Qubada itkin düşən alpinistlərdən biri polis əməkdaşıdır
27 Dekabr 2017 - 14:45

Qubada itkin düşən “Gilavar” – hava və ekstrim idman klubunun üzvlərindən biri – Babur Hüseynov Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşıdır.

ONN media DİN-ə istinadən bildirir ki, polis leytenantı B.Hüseynov daxili işlər orqanında işə qəbul olunmazdan əvvəl də alpinistliklə məşğul olurmuş. O, bir neçə günlüyünə işdən icazə alaraq, səfərə gedib. Qrupun o biri üzvlərinə gəlincə, Namin Bünyadov sənaye alpinizmi ilə məşğuldur.

O, xarici şirkətlərin birində yüksəklikdə yerləşən elektrik xətlərinin çəkilişi və quraşdırılması üzrə çalışır. Digər alpinist Fəridə Cəbrayılzadə müxtəlif alpinizm yarışlarında iştirak edib. O həm də velosipedçidir, üstəlik fotoqraflıqla da məşğul olur.

Hər üç alpinistin axtarışları davam etdirilir.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png