Qubadlıda fəhlə faciəvi şəkildə öldü

Qubadlıda işə gedən fəhlənin üzərinə qaya parçaları aşaraq ölüb.

ONN media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru polis kapitanı Aslan Qiyaslı məlumat verilib.

Bildirilib ki, Qubadlı Rayon Polis Şöbəsinə bu gün səhər 10 radələrində təmir-tikinti şirkətlərindən birində çalışan Coşqun Hüseynovun işə gəlməməsi ilə bağlı məlumat daxil olub.

Məlumatla əlaqədar keçirilən tədbirlərlə Hacıqabul rayon sakini, 1978-ci il təvəllüdlü Coşqun Hüseynovun meyiti Həkəri çayının yatağından aşkar edilib.İlkin ehtimala görə, onun üzərinə qaya parçalarının aşması nəticəsində ölüb.Faktla bağlı araşdırmalar davam etdirilir.