Quldurların hücum etdiyi gəmi Qabon sahillərinə ÇATDI

Nigeriyada dəniz quldurlarının hücumuna məruz qalan “MOZART” konteyner gəmisi Qabonun Port Jantil liman şəhəri sahillərinə yanaşıb.

ONN media  xəbər verir ki, bu barədə Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Adil Karaismayıloğlu öz “Twitter” səhifəsində məlumat verib.

Nazir qeyd edib ki, gəmi saat 11:00-da Port-Jantil sahillərinə yanaşıb.

A.Karaismayıloğlu quldurlarla toqquşmada öldürülən Azərbaycan vətəndaşının ailəsinə başsağlığı verdi:

“15 dənizçimizin sağ-salamat Türkiyəyə dönməsi üçün bütün səyləri səfərbər etdik”.