ONN İnformasiya Agentliyi

Rusiyada azərbaycanlı iş adamı və anası koronavirusdan öldü

Rusiyada azərbaycanlı iş adamı və anası koronavirusdan öldü
02 İyul 2020 - 22:53

Rusiyada azərbaycanlı iş adamı koronavirusdan ölüb.

ONN media xəbər verir ki, Moskva vilayətinin İstra rayonunda yaşayan 49 yaşlı Rövşən Muradov COVID-19 virusundan həyatını itirib.

Moskva vilayəti Azərbaycanlılarının Regional Milli Mədəni Muxtariyyətinin fəal üzvü olan Rövşən Muradov Azərbaycan diasporunun xeyriyyəçi simalarından olub.

Həmyerlimiz dünən Moskva vilayətinin Krasnoqorsk şəhərində müalicə olunduğu xəstəxanada dünyasını dəyişib. Mərhumun anasının da iki həftə əvvəl həmin xəstəxanada koronavirusdan həyatını itirdiyi bildirilib.

Azərbaycanlı iş adamının cənazəsi dəfn olunmaq üçün Bakıya göndərilib.(APA)

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png