Rusiyada azərbaycanlı müğənni HƏBS EDİLDİ

Rusiyanın Moskva şəhərində üç piyadanı vuran azərbaycanlı saxlanılıb.

ONN media bildirir ki, “Infiniti” markalı avtomobilin sürücüsü Elmin Quliyev tutulub. Faktla bağlı cinayət işi başlanıb.

Xatırladaq ki, dünən axşam saatlarında “Infiniti” markalı avtomobil “Mercedes”lə toqquşub. Nəticədə “Infiniti” səkidə olan piyadaların üstünə çıxıb.  Qeyd olunur ki, Elmin Quliyev maşını qırmızı işıqda, yüksək sürətlə idarə edib.

Qəza nəticəsində dörd nəfər yaralanıb, onların üçü xəstəxanaya yerləşdirilib. Bir nəfər isə xəstəxanaya getməkdən imtina edib. Digər zərərçəkənlərin ikisi – bir kişi və bir qadın piyada, digəri “Infiniti”də olan qadın sərnişindir.

Qeyd edilib ki, qəza törədən avtomobilin sürcüsü 26 yaşlı müğənni Elmin Quliyev ELLEY səhnə adı ilə tanınır.