ONN İnformasiya Agentliyi

Rusiyada güclü zəlzələ oldu

Rusiyada güclü zəlzələ oldu
03 Aprel 2023 - 9:00

Petropavlovsk-Kamçatskidən 48 kilometr aralıda, Kamçatka sahillərində güclü zəlzələ baş verib.

ONN media xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Kamçatka ərazisi üzrə baş idarəsinin mətbuat xidməti məlumat yayıb.

İlkin məlumatlara görə, yeraltı təkanların episentri Açinsk körfəzi sularında, 99,5 km dərinlikdə yerləşib. Seysmoloqlar maqnitudanın 6,9 olduğunu müəyyən ediblər. Sunami təhlükəsi yoxdur.

Tələfat və dağıntılar barədə məlumat yoxdur. Petropavlovsk-Kamçatski sakinləri bildiriblər ki, binaların divarları titrəyib, pəncərələr cingildəyib, rəflərdən əşyalar düşüb. Xilasedicilər mümkün dağıntıların axtarışı üçün binalara baxış keçirməyə başlayıblar.

Rusiya Elmlər Akademiyasının Geofizika Xidmətinin Kamçatka filialının direktoru Danila Çebrov zəlzələlərdən sonra yerli binalardan birinin divarında əmələ gələn böyük çatı göstərən fotonu da dərc edib.

Qeyd edək ki, bir neçə saat əvvəl Papua-Yeni Qvineyada 7,2 bal gücündə güclü zəlzələ qeydə alınıb.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png