ONN İnformasiya Agentliyi

Rusiyada “Porsche”də azərbaycanlının meyiti tapıldı – VİDEO

Rusiyada “Porsche”də azərbaycanlının meyiti tapıldı – VİDEO
14 Noyabr 2017 - 13:40

Moskva vilayətində Azərbaycan vətəndaşını öz həmyerlisini qətlə yetirdiyi məlum olub.

ONN media xəbər verir ki, Rusiya hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, noyabrın 13-də Moskva vilayətinin Naro-Fominsk rayonunda Azərbaycan vətəndaşı, 1981-ci il təvəllüdlü Xanbaba Nərimanovu qətlə yetirən şəxs Azərbaycan vətəndaşı, 1987-ci il təvəllüdlü Fariz Hüseynov olub.

MDB ölkələri üzrə Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Bürosunun direktor müavini, polis general-mayoru Əkbər Yusifov baş verən qətl hadisəsinin təfərrüatları barədə danışıb: “Qətlə yetirilən Xanbaba Nərimanov biznes fəaliyyəti ilə məşğul olub. O, Rusiyanın Kaluqa vilayətində qeydiyyatda olub. Qətldə şübhəli bilinən Azərbaycan vətəndaşı Fariz Hüseynov Xanbaba Nərimanovun işçisi olub. Aralarında mübahisə yaranıb. Fariz Xanbabaya bıçaqla xəsarət yetirib. Sonra onun cəsədini avtomobilinə qoyaraq Naro-Fominsk rayonundakı xəstəxananın qarşısına gətirib və oradan qaçıb. Fariz hələ də saxlanılmayıb”.

Ə. Yusifov bildirib ki, faktla bağlı cinayət işi açılıb, F. Hüseynovun saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri keçirilir.

***

13.11.2017 (22:20)

Rusiyanın Naro-Fominsk şəhərində xəstəxananın həyətində içərisində cəsəd olan avtomobili qoyub gedən naməlum şəxs axtarılır.

ONN media-nın xəbərinə görə, bu barədə Lenta.ru-ya hüquq-mühafizə orqanlarındakı mənbə məlumat verib.

Onun sözlərinə əsasən, yerli vaxtla saat 18:00-da Novikov küçəsində yerləşən xəstəxananın həyətində baqajı açıq olan “Porsche” markalı avtomobil dayanıb. Sürücü dərhal avtomobildən çıxaraq qaçıb.

Ətrafdakı insanlar “Porsche”də sərnişin oturacağında daha bir nəfərin olduğunu görüblər. Əvvəlcə kişinin yol-nəqliyyat hadisəsi nəticəsində öldüyü güman edilsə də, sonradan həkimlər onun bədənində bıçaq yaraları aşkar ediblər.

Ölən şəxsin Azərbaycan vətəndaşı X.Nərimanov olduğu müəyyən edilib. Bildirilir ki, o, Kalujskaya vilayətində qeydiyyatda olub. Hazırda müstəntiqlər onun yaxınları ilə əlaqə saxlamağa çalışırlar.

S.B.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png