Rusiyada qəzaya uğrayan təyyarədə 1 azərbaycanlı olub — SİYAHI

Bu gün Rusiyada təyyarə qəzasında həyatını itirən sərnişinlərin siyahısı açıqlanıb.

ONN media-nın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, həyatını itirən sərnişinlərin siyahısında Namiq Qəhrəmanov adlı şəxsin də adı var.

N. Qəhrəmanovun azərbaycan vətəndaşı olduğu ehtimal edilir.

Təyyarədə həlak olanlardan yalnız birinin cəsədini aşkarlamaq mümkün olub. Qəzanın səbəbləri məlum deyil.

Qeyd edək ki, bu gün yerli vaxtla saat 14.21 radələrində Moskvanın "Domodedovo" hava limanından havaya qalxan və Orska uçan təyyarə 2 dəqiqə sonra radardan itib. Göyərtəsində 65 sərnişin və 6 ekipaj üzvü olan təyyarənin qalıqları Moskva ətrafında Ramensk rayonunun Stepanovsk kəndi ərazisində aşkarlanıb. Rusiya Fövqəladə Hallar Nazirliyi sərnişin və heyət üzvlərinin qəza nəticəsində həyatlarını itirdiyini açıqlayıb.