Şəkidə mikroavtobus aşdı: yaralılar var

Şəki-Bakı xətti üzrə hərəkət edən mikroavtobus aşıb, xəsarət alanlar var.

ONN media xəbər verir ki, hadisə Şəki-Qax avtomobil yolunun Şəkinin Aşağı Göynük kəndi ərazisindən keçən hissəsində baş verib.

İdarəetmədən çıxan mikroavtobus yoldan çıxaraq aşıb.

Hadisə nəticəsində yaralılar Şəki rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.