Şəmkirdə ağır yol qəzası olub- Yaralananlar var

Şəmkir rayonunun Çinarlı qəsəbəsində bir neçə avtomobilin toqquşması nəticəsində 5 nəfər xəsarət alıb.

ONN media xəbər verir ki, xəsarət alanlar – 2003-cü il təvəllüdlü R.Məmmədəliyev, 1989-cu il təvəllüdlü Q.Hüseynov, 1994-cü il təvəllüdlü O.Quliyev, 1992-ci il təvəllüdlü V.Rüstəmli və 1996-cı il təvəllüdlü R.Haqverdiyev xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.