Şəmkirdə ağır yol qəzası olub- YARALILAR VAR

Şəmkirdə sərnişin avtobusu ilə minik avtomobili toqquşub, 7 nəfər xəsarət alıb.

ONN media qəza nəticəsində Əli Quliyev (1959), Nüşabə Qasımova (1959), Cümşüd Mustafayev (1965), Xədicə Abdullayeva (1959), Nazilə Emilova (1981), Eşqin Məmmədov (1995) və daha bir nəfər xəsarət alıb.

Yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.