ONN İnformasiya Agentliyi

Şəmkirdəki yanğınla bağlı son durum açıqlandı

Şəmkirdəki yanğınla bağlı son durum açıqlandı
27 Yanvar 2024 - 20:56

Şəmkirdə mağaza və obyektlərdə baş vermiş yanğının səbəbi araşdırılır.

ONN media-nın məlumatına görə, Şəmkir şəhəri, 20 yanvar küçəsində baş vermiş yanğın nəticəsində, ümumilikdə səkkiz mağaza və obyektə zərər dəyib. Bunlardan ikisi bazar ərazisində, digər altısı isə bazara yaxın yerdə fəaliyyət göstərən mağaza və obyektlərdir.

Yanğın zamanı ümumi sahəsi 2 340 kvadratmetr olan bazar ərazisində bir-birinə bitişik sahəsi 130 kvadratmetr olan müxtəlif təyinatlı səkkiz mağazanın yanar konstruksiyaları yanıb, yüksək temperaturdan bitişik tikilən iki mağazanın lambirdən ibarət tavanı 14 kvadratmetr sahədə əriyib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Şəmkir rayon Yanğından Mühafizə Hissəsinin beş yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb olunub və yanğın söndürülüb.

Xəsarət alanın olmadığı bildirilir.

Faktla bağlı araşdırma aparılır

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png